şənbə, 05 iyul 2025

BİZİM FUTBOL

AFFA-nın Region Liqasına qeydiyyat başlayır

01.08.2019 17:08 Oxundu 593


Avqustun 2-dən etibarən AFFA-nın Region Liqasının 2019/2020-ci il mövsümünün qeydiyyat mərhələsinə start veriləcək.

Cempion.az AFFA-ya istinadən xəbər verir ki, proses sentyabrın 15-dək davam edəcək.

Qeydiyyatdan keçmək istəyən komandalar müraciət ərizələrini regionliqası@affa.az ünvanına göndərə bilərlər. 7 gün ərzində Region Liqasının İşçi Qrupu tərəfindən müraciətlər cavablandırılacaq.

Müraciət ərizəsində komanda rəhbərliyi və ya təmsil etdiyi qurum tərəfindən stadion, təhlükəsizlik, ev oyunlarına təcili tibbi yardım ayrılması və səfər oyunlarına nəqliyyatın təmini ilə əlaqədar zəmanət verilməlidir.