02.08.2019 09:53
565

Misirdə Afrika Futbol Konfederasiyasının mənzil-qərargahının yerləşdiyi küçəyə bu ölkədən olan tanınmış futbolçu, hazırda “Liverpul” klubunda çıxış edən Məhəmməd Salahın adı veriləcək.
Cempion.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə təklifi Misirin 6 Oktyabr şəhərinin Himayədarlar Şurası irəli sürüb.
İki milyon əhalisi olan 6 Oktyabr şəhəri Qahirənin 38-kilometrliyində yerləşir və Misirin ən iri sənaye zonalarından biri hesab olunur.
Məhəmməd Salah dünya futbol aləmində bir çox önəmli mükafatlara layiq görülmüş idmançılarından biridir.