02.08.2019 11:00
558

"Mançester Yunayted"in hücumçusu Romelu Lukaku "Yuventus"a keçməyə razılıq verib. Cempion.az-ın Matc.az-a istinadən məlumatına görə, Belçika millisinin forvardının İtaliya çempionu ilə danışıqları müsbət nəticələnib.
Anlaşmaya əsasən, Lukaku yeni komandasında illik 9 milyon avro maaş qazanacaq. Klublar arasındakı razılıq isə Lukakunun qarşı tərəfin hücumçusu Paulo Dibala ilə dəyişdirilməsi yönündə olub.
Qeyd edək ki, Romelu Lukaku 2017-ci ildən bəri "Mançester Yunayted"in heyətində 96 oyun keçirib, 42 qola imza atıb.