şənbə, 05 iyul 2025

DÜNYA FUTBOLU

Futbol tarixində İLK DƏFƏ - UEFA Super Kubokunun final hakimi qadın oldu - FOTO

02.08.2019 14:43 Oxundu 729

Avqustun 14-də İstanbulda keçiriləcək UEFA Super Kubokunun hakimi məlum olub. 

Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, "Liverpul" və "Çelsi" arasında baş tutacaq final qarşılaşmasını fransalı qadın hakim Stefani Frappart idarə edəcək.
Onun köməkçiləri həmyerlisi Manuela Nikolosi və irlandiyalı Mişel Onil olacaq.
Oyunda dördüncü hakimi funksiyasını Cüneyt Çakır yerinə yetirəcək.
Qeyd edək ki, S. Frappart Avrokuboklar finalını idarə edəcək ilk qadın hakim kimi futbol tarixinə düşəcək.
Xatırladaq ki, UEFA Super Kubokunun finalı İstanbulda "Vodofon Arena"da baş tutacaq.