şənbə, 05 iyul 2025

DÜNYA FUTBOLU

"Qalatasaray" La Liqa klubunun futbolçusunu transfer etdi - FOTO

02.08.2019 16:01 Oxundu 570


"Qalatasaray" heyətinə daha bir futbolçu qatıb.

Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, "sarı-qırmızılı" klub La Liqa təmsilçisi "Selta Viqo"dan Emro Moru transfer edib.

İstanbul nəhəngi futbolçu üçün İspaniya klubuna 600 min avro ödəyəcək.

2020-ci ilin yayına qədər "Qalatasaray"ın şərəfini qoruyacaq 22 yaşlı yarımmüdafiəçi bu müddət ərzində 750 min avro qazanacaq.