şənbə, 05 iyul 2025

DÜNYA FUTBOLU

Emil Balayevdən qələbə şərhi

05.08.2019 12:09 Oxundu 460


"Nəhayət ki, uğursuzluq sindromu bitdi. Uzun müddət idi ki, qalib gəlib xal qazana bilmirdik. Bu oyuna ciddi hazırlaşmışdıq. "Tobol" üçün üç xal vacib idi. Fədakar davrandıq, futbolçular meydanda vuruşdular".

Bu sözləri "Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasının 21-ci turunda səfərdə "Atırau"ya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.

Millimizin üzvü bildirib ki, ikinci hissədə qol epizodları olub: "Bundan yararlanmalı idik. O zaman oyunun sonluğu daha asan alınardı. Rəqib getdikcə təzyiqi artırmağa çalışırdı, biz isə əks-hücumlarla cavablarını  verirdik. İstənilən halda bu, minimumdur. Ancaq bu qələbə psixoloji baxımdan önəmlidir".

Qeyd edək ki, 21 turdan sonra "Tobol" 42 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. (Qol.az)