cümə axşamı, 28 avqust 2025

BİZİM FUTBOL

Premyer Liqamızda yeni mövsümün püşkü atıldı

05.08.2019 15:38 Oxundu 563

Bu gün Premyer Liqada 2019/2020-ci illər mövsümünün püşkatma mərasimi keçirildi.
Cempion.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, elita klublarının nümayəndələri, jurnalistlər, futbol ictimaiyyəti iştirak etdilər.
İlk turu 16-17-18 avqust tarixlərdə keçiriləcək yeni mövsümün startda üz-üzə gələcək komandaları aşağıdakı kimidir:

16-17-18 avqust

“Neftçi”–“Sabah”
“Səbail”–“Zirə”
“Qəbələ”–“Sumqayıt”
“Keşlə”–“Qarabağ”

Qeydedək ki, turun təqvimi barədə yaxın günlərdə məlumat yerləşdiriləcək.