05.08.2019 16:23
592


“Mançester Yunayted” heyətinə yeni futbolçu transfer edib
Cempion.az xəbər verir ki, “qırmızı şeytanlar” “Lester Siti”nin 26 yaşlı müdafiəçisi Harri Maquayr ilə 6 illik müqavilə imzalayıb.
“Mançester Yunayted” İngiltərə millisinin üzvü olan Maquayr üçün “Lester Siti”yə 87 milyon avro ödəyib.
Qeyd edək ki, bu transferlə H. Maquayr futbol tarixinin ən bahalı müdafiəçisi oldu.
