şənbə, 05 iyul 2025

BİZİM FUTBOL

Qurban Qurbanov: Biz yalnız meydana konsentrasiya olmalıyıq

06.08.2019 09:50 Oxundu 536


"APOEL-in gücü hər kəsə məlumdur, hesab edirəm ki, bu haqda ətraflı danışmağa ehtiyac yoxdur. Ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub, bəzən belə məqamlarda bu dəyişikliklər komandanın xeyrinə olur. Çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsüm oyunlarda sürprizlərlə qarşılaşa bilərsən".

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

Q. Qurbanov bildirib ki, rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdir: "Ona görə kimisə fərqləndirmək istəməzdim. Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik. Rəqibin azarkeşləri çox çılğındırlar, sayları az olsa belə stadionu dolu göstərməyə çalışacaqlar. Təbii ki, dolu tribunalar önündə oynamaq xoşdur. Amma biz yalnız meydana konsentrasiya olmalıyıq".

Qeyd edək ki, APOEL - "Qarabağ" görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab oyunu isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.