06.08.2019 10:20
594

Millimizin və "Tobol"un üzvü Emil Balayev Qazaxıstan çempionatının 21-ci turunda "Atırau" ilə keçirilən görüşün (1:0) ən yaxşı futbolçusu seçilib.
Sözügedən matçda qapısını toxunulmaz saxlayan və seyvlərə imza atan 24 yaşlı qolkiper “Instat”ın təhlilinə görə, növbəti dəfə hamının qabaqlayıb. Onun çıxışı 272 xalla qiymətləndirilib. Millimizin oyunçusunun 24 dəqiqə ötürmə (71 faiz) verdiyi vurğulanıb.
Balayevin komanda yoldaşları - Fernander Kassay (268) 2-ci, Senin Sebaisi (261) 3-cü olub. (Qol.az)