06.08.2019 12:36
485

ABŞ-ın “DC Yunayted” klubunun futbolçusu Ueyn Runi karyerasını yenidən İngiltərədə davam etdirəcək.
33 yaşlı hücumçu Çempionşipdə çıxış edən “Derbi” klubu ilə danışıq aparır. Onun Fillip Kokunun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacağı və oynayan məşqçi olacağı bildirilir.
Qeyd edək ki, ötən ilin mayında “DC Yunayted”ə keçən Runinin klubu 2021-ci ilə qədər müqaviləsi var. İngiltərə millisinin sabiq üzvü karyerası ərzində vətənində “Mançester Yunayted” və “Everton”nun formasını geyinib. (“Report”)