şənbə, 05 iyul 2025

DÜNYA FUTBOLU

“Real Madrid”dən “Liverpul”un futbolçusuna təklif

07.08.2019 10:14 Oxundu 1025

Növbəti mövsüm üçün hədəfləri böyük olan “Real Madrid” “Liverpul”un futbolçusu Fabiniyonu heyətinə qata bilər.
Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, Kral klubu braziliyalı futbolçu üçün “Liverpul”a 75 milyon avro təklif edib.
“Liverpul” isə 25 yaşlı yarımmüdafiəçini daha baha qiymətə satacağını bildirib.
Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə Fabiniyo yeni mövsümdən “Real Madrid” forması geyinəcək.
Qeyd edək ki, ötən mövsüm 41 oyun 1 qol, 2 məhsuldar ötürmə edən Fabiniyo 2018-ci ildə 45 milyon avroya “Monako”dan “Liverpul”a transfer olunub.