cümə axşamı, 09 aprel 2026

DÜNYA FUTBOLU

Tanınmış azərbaycanlı futbolçu Rusiyada futbol klubunun direktoru oldu - FOTO

07.08.2019 11:46 Oxundu 881

Ötən ay futbolçu karyerasını başa vurduğunu açıqlayan futbol üzrə Rusiya millisinin azərbaycan əsilli oyunçusu Aleksandr Səmədovun yeni iş yeri məlum olub.
Cempion.az Yeniavaz.com-a istinadən bildirir ki, Səmədov Rusiya çempionatında oynayan Ximki şəhərinin "Olimp" klubuna baş direktor təyin olunub.
Məlumat üçün bildirək ki, bu komanda 2018-ci ildə yaradılıb və azərbaycanlı iş adamı Tufan Sadıqov tərəfindən maliyyələşdirilir.
Klubun idman direktoru vəzifəsinə isə daha əvvəl "Lokomotiv"in idman direktoru olmuş  Kirill Kotov təyin olunub.