şənbə, 05 iyul 2025

BİZİM FUTBOL

Slavçev: Bakıda APOEL-ə daha çətin olacaq

07.08.2019 12:50 Oxundu 523

“APOEL çox yaxşı komandadır. Onların oyun sistemi bizi təəccübləndirdi". 


Bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin APOEL-lə ilk oyunundan sonra deyib.

Bolqarıstanlı yarımmüdafiəçi Kipr mətbuatına açıqlamasında səfərdə qazandıqları 2:1 hesablı qələbəyə görə Bakıdakı cavab görüşünün APOEL üçün çətin olacağını bildirib: "Bakıdakı oyun fərqli keçəcək. Cavab matçı APOEL üçün daha çətin olacaq. Ancaq şansların 50/50-yə olduğunu düşünürəm".

Slavçev 2015-16 mövsümündə Kiprin "Apollon" klubunda çıxış edib. O,  sabiq komandasının indi daha güclü olduğunu qeyd edob: "APOEL haqda danışmaq istəmirəm. Çünki mən Kiprdə "Apollon"da çıxış etmişəm və daim bu klubun qəlbimdə yeri olacaq. Orda gözəl vaxt keçirmişəm. Hazırda “Apollon”da hər şey yaxşıdır, təlim-məşq bazası inşa etdirdilər, yaxşı oyunçuları və güclü baş məşqçiləri var. 

Məncə, çempionluq uğrunda mübarizə apara bilərlər. Kipr futbolu inkişafdadır. Komandalar güclənir və avrokuboklarda iştirak edirlər”. (Qol.az)