şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

“Qarabağ”dan Mahir Emreli açıqlaması

08.08.2019 16:02 Oxundu 646


“Qarabağ” futbolçusu Mahir Emreli ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Klubun direktoru Emrah Çelikel açıqlamasında 21 yaşlı hücumçuyla bağlı xarici klublardan onlara rəsmi və qeyri-rəsmi təkliflər olduğunu təsdiqləyib.

“Bəli, Mahirə görə rəsmi və qeyri-rəsmi təkliflər var. Amma biz hazırda APOEL-lə Çempionlar Liqasında keçirəcəyimiz növbəti oyun haqda düşünürük. Gələn həftə keçirəcəyimiz həmin matçdan sonra bu barədə lazımi geniş açıqlama veriləcək” - deyə E.Çelikel bildirib.

Azərbaycan, Türkiyə və İspaniya mətbuatında yayılan xəbərlərə əsasən, Türkiyənin Superliqa təmsilçiləri “Trabzonspor” və "Gənclərbirliyi", həmçinin İspaniya Sequndasında çıxış edən “Estremadura”, "Malaqa" və "Almeriya"nın Mahirlə maraqlandığı iddia olunur. (Qol.az)