şənbə, 05 iyul 2025

BİZİM FUTBOL

Əliyar Ağayev Çempionlar Liqasında

08.08.2019 16:31 Oxundu 652

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 13-də, Avstriyada keçiriləcək LASK – “Bazel” (İsveçrə) qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq.

Cempion.az AFFA-ya istinadən xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.