15.08.2019 09:15
847


UEFA Superkubokunun qalibi bəlli olub.
Cempion.az xəbər verir ki, İstanbulda Çempionlar Lqasının qalibi “Liverpul”la Avroliqanın qalibi “Çelsi” üz-üzə gəliblər. Oyunun əsas və əlavə edilmiş hissəsi 2-2 hesabı ilə başa çatdığından qalib penaltilər seriyasından sonra məlum olub.
Penaltiləri daha dəqiq yerinə yetirən Yurgen Kloppun yetirmələri Superkuboku başları üzərinə qaldırıb.
Matçda “Liverpul”un hər iki qolunun müəllifi Sadio Mane olub.
“Çelsi”dən isə Olivier Jiru və Jorginiyo fəqrlənib.