cümə axşamı, 09 aprel 2026

BİZİM FUTBOL

"Zirə" "Parma"nın sabiq futbolçusunu icarəyə götürüb

15.08.2019 11:04 Oxundu 582

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib. Cempion.az klubun saytına istinadən xəbər verir ki, paytaxt klubu Alvaro Ampuero ilə anlaşıb.
 
27 yaşlı müdafiəçi “Universidad San Martin” klubundan 1 illik icarəyə götürülüb.
 
Perulu futbolçu bundan öncə “Universitario de Deportes” (Peru), “Parma” (İtaliya), “Padova” (İtaliya), “Salernitana” (İtaliya) və “Universidad San Martin” (Peru) klublarında çıxış edib. 
 
Ampeuro, Peru yığmasının heyətində 9 oyunda meydana çıxıb.