cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

“Sabah” futbolçusu ilə yollarını ayırdı

15.08.2019 16:04 Oxundu 469


“Sabah” Marko Deviçlə yollarını ayırıb. 

Cempion.az xəbər verir ki, Marko klub rəhbərliyinə müraciət edərək, ailə vəziyyəti ilə bağlı klubdan ayrılmaq, bununla bağlı Belqradda, ailəsinin yanında qalmaq istədiyini bildirib.
“Sabah” klubda çıxış etdiyi müddət ərzində istər yaşıl meydanda, istərsə də ondan kənarda nümunəvi davranışı ilə diqqət çəkən futbolçunun bu istəyinə müsbət cavab verib.
Hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Deviç “Sabah”ın Premyer Liqada ilk qolunun müəllifidi. O, 2018/19 mövsümündə komandamızın bombardiri olub (21 oyun, 8 qol).