çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

“Kəpəz”– “Admira” matçı rusiyalı hakimlərə tapşırılıb

18.07.2016 16:14 Oxundu 1483

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Kəpəz”– “Admira” komandaları arasındakı cavab oyununu idarə edəcək hakimlər müəyyənləşib. Matçın idarəçiliyi rusiyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Vitali Meşkov olacaq. Ona yan xətlərdə Valeriy Dançenko və Maksim Qavrilin kömək edəcək. Mixail Vilkov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, “Kəpəz”– “Admira” oyunu iyulun 20-də saat 20:00-da “Dalğa Arena”da keçiriləcək.

"Şkendiya” – "Neftçi”nı belçikalılar idarə edəcəklər

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Şkendiya” – "Neftçi” oyununa hakim təyinatları açıqlanıb. Görüşün baş hakimi belçikalı Erik Lambrexts olacaq. Ona həmyerliləri – Karel de Rokker və Jo de Veyrdt kömək edəcəklər. Dördüncü hakim funksiyasını Frederik Qeldhof yerinə yetirəcək. UEFA nümayəndəsi Krouford Uilson (Şimali İrlandiya), hakim-inspektor isə Nikolae Qriqoresku (Rumıniya) olacaq.Qeyd edək ki, iyulun 21-də "Filip II Makedonski” stadionunda keçiriləcək "Şkendiya” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

“Qəbələ” - MTK oyununu isə türkiyəli hakimlərə həvalə olunub

“Qəbələ”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib. İyulun 21-də Bakıda Macarıstanın MTK klubu ilə keçiriləcək görüşü türkiyəli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Mete Kalkavan olacaq.
“Qəbələ” - MTK oyunu Bakıdakı “Bakcell Arena”da keçiriləcək. Matç saat 21:00-da başlayacaq.
Xatırladaq ki, komandalar arasında Macarıstanda keçirilən ilk oyunda “Qəbələ” 2:1 hesabı ilə qalib gəlib.

UEFA Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
21 iyul
21:00. “Qəbələ” - MTK (Macarıstan)
Baş hakim: Mete Kalkavan (Türkiyə)
Baş hakimin köməkçiləri: Ceyhun Sesiguzel, Esat Sancaktar (hər ikisi Türkiyə)
Dördüncü hakim: Serkan Çinar (Türkiyə)
Bakı. “Bakcell Arena”
İlk oyun – 2:1

Cavab görüşündə şotlandiyalı Kevin Klansi fit çalacaq

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində "F91 Düdelanj"la keçirəcəyi cavab qarşılaşması Lüksemburqun "Jos Nosbaum" stadionunda keçiriləcək. Cavab görüşündə şotlandiyalı Kevin Klansi fit çalacaq. Ona həmyerliləri Stevenson Styuart və Karr Sin kömək edəcəklər. Oyunun dördüncü hakimi Robertson Donald olacaq.

Hakimlərin işinə rumıniyalı Aleksandru Dyakon qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə irlandiyalı Nyuton İmon olacaq.

Qeyd edək ki, "F91 Düdelanj" - "Qarabağ" matçı iyulun 20-si Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.