20.08.2019 09:49
837

Estoniyada təşkil olunan Gənclər üzrə Dünya Çempionatında türk güləşçi Kərəm Kamal finalda erməni rəqibi Sahak Hovanisyanı məğlub edərək qızıl medal qazanıb.
Cempion.az Ölkə.Az-a istinadən xəbər verir ki, Yunan-roma güləşçisi Kərəm Kamal güləş xalçasını Hovanisyana dar edib- 7:2.
Qızıl medal qazanan K.Kamal bununla da növbəti dəfə adını birincilər sırasına yazıb. Məğlub olan erməni isə ağlayıb.