şənbə, 20 aprel 2024

BOKS

Məhəmmədrəsul Məcidov peşəkar boksda - Nyu-Yorkda döyüşə çıxır

21.08.2019 09:54 Oxundu 1671

Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov peşəkar boksa keçib.


Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Qol.az-a açıqlamasında Azərbaycan Boks Federasiyasının şöbə müdiri Fariz Məmmədov verib.

Onun sözlərinə görə, boksçumuz sentyabrın 13-də ABŞ-ın Nyu-York şəhərində ilk döyüşünə çıxacaq. Bu, səkkiz raundluq reytinq döyüşü olacaq. Məmmədov özünün də həmin döyüşə fəxri qonaq qismində dəvət aldığını bildirib.