21.08.2019 14:59
873


Belçikan Lyoven Katolik Universitetinin alimləri Argentina millisinin futbolçusu Lionel Messinin, yoxsa Portuqaliya yığmasının oyunçusu Kriştiano Ronaldonun ən yaxşı olduğunu müəyyənləşdirən formul tərtib ediblər.
VAEP adlanan formulda yalnız qol və məhsuldar ötürmələri deyil, zərbə, driblinq, sürüşmə fəndi və digər elementləri də nəzərə alıblar.
Alimlər hesablamaları hər iki hücumçunun 2013-2018-ci illər ərzində sərgilədikləri oyunlar əsasında aparıblar. Araşdırmada iştirak edən universitetin aspirantı Tom Dekrosun sözlərinə görə, ilk mövsümlərdə Messi və Ronaldunun göstəriciləri demək olar ki, eyni olub: “Lakin 2015/2016 mövsümündən etibarən Messi məşhur rəqibini ötməyə başlayır”.
Messinin son illərdə bir oyun üçün VAEP göstəricisi 1,21, Ronaldoda isə 0,61-dir. (Goal.az)