şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Azərbaycanlı futbolçu Albaniyada debüt etdi

26.08.2019 11:31 Oxundu 1088

Albaniya çempionatında yeni mövsümə start verilib.


Cempion.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun çıxış etdiyi "Biliş" də ilk matçına çıxıb.

Səfərdə "Teuta" ilə qarşılaşan "Biliş" 0-1 hesabı ilə məğlub olub. Start heyətdə meydana çıxan E. Turabov Superliqada debüt oyununda 56-cı dəqiqə meydanda qalıb.

Qeyd edək ki, "Sabah"a məxsus E.Turabov Albaniya klubunda icarə əsasında çıxış edir.