cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

Turun oyunçusu İsmayıl oldu

26.08.2019 17:37 Oxundu 512

Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün ilk turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Cempion.az PFL-ə istinadən xəbər verir ki, "InStat"ın təhlilinə əsasən bu, 312 göstərici ilə “Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimlidir. Gənc oyunçu “Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olub və oyunda yeganə qolu vurub. Araşdırmalara əsasən İsmayıl turun ən yüksək indeksinə malik futbolçusudur.