şənbə, 20 aprel 2024

DİGƏR NÖVLƏR

Rüstəm Orucov və Hidayət Heydərov DÇ yarımfinalında üz-üzə gələcəklər

27.08.2019 10:33 Oxundu 538


Yaponiyanın paytaxtı Tokioda təşkil olunan cüdo üzrə dünya çempionatı davam edir. 
Cempion.az xəbər verir ki, bu gün daha 3 idmançımız mübarizə aparacaq.

Əsas medal ümidlərimiz Rüstəm Orucov və Hidayət Heydərov tatami üzərinə çıxacaq.

Kişilər, 73 kq

Bu çəkidə 2 həmyerlimiz mübarizə aparıb. Birinci mərhələdən azad olan Rüstəm Orucov ardıcıl olaraq Vadzim Şoka (Belarus), Georgios Markaryan (Yunanıstan) və Konstantin Qabuna (Kanada) qalib gələrək, yarımfinala adlayıb. Onun final yolundakı rəqibi israilli Tohar Butbul olacaq.

Rüstəm Orucov israil idmançısı Tohar Butbula vazari xalı ilə qalib gələrək yarımfinala çıxıb.

Hidayət Heydərov da yarışa uğurlu start götürüb. O da Orucov kimi, ilk mərhələdən azad olub. Müvafiq olaraq Friqyes Zabo (Macarıstan) və Musa Moquşkovu (Rusiya) üstələyən idmançımız 1/4 finala yüksəlib. O, bu mərhələdə Erik Hama ipponla qalib gəlib. O, 1/4 finalda Tacikistan idmançısı Behruzi Xocazodaya da qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Rüstəm Orucov və Hidayət üz-üzə gələcək. 

Qadınlar, 57 kq

Təmsilçimiz İçinxorloo Munxtsedev ilk cəhdindəcə yenilərək, mübarizəni dayandırıb. O, panamalı Miryam Roper önündə aciz qalıb.