cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

"Qarabağ"ın Avroliqada "Linfild"ə qarşı keçirəcəyi cavab görüşünün üçün hakimləri məlum oldu 

27.08.2019 15:49 Oxundu 480


"Qarabağ"ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın "Linfild"ə qarşı keçirəcəyi play-off mərhələsinin cavab görüşü üçün hakim təyinatları açıqlanıb.

Cempion.az xəbər verir ki, oyunun baş hakimi Rusiya Futbol Federasiyasından Sergey İvanov olacaq. Ona həmyerliləri Roman Usaçov və Valeri Dançenko kömək edəcəklər. Sergey Lapoçkin dördüncü hakim, lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi funksiyalarını yerinə yetirəcəklər.

29 avqust
Avropa Liqası, pley-off mərhələsinin cavab oyunu
20:00 "Qarabağ" - "Linfild" | (İlk oyun: 2-3)
Baş hakim: Sergey Ivanov
Yan xətt hakimləri: Roman Usaçov, Valeri Dançenko
Dördüncü hakim: Sergey Lapoçkin (hamısı Rusiya)
Hakim-inspektor: Alain Hamer (Lüksemburq)
UEFA nümayəndəsi: Marko Simeunoviç (Sloveniya)
Tofiq Bəhramov adına Respublika Stadionu