cümə, 29 mart 2024

BİZİM FUTBOL

Gerye Azərbaycana qayıdır: aylıq maaş 35 min dollara

28.08.2019 17:30 Oxundu 444


Yay fasiləsində "Qarabağ"la yollarını ayıran Vild-Donald Gerye karyerasını Azərbaycanda davam etdirməyə hazırlaşır.

Cempion.az Matc.az-a istinadən məlumatına görə, sol cinah müdafiəçisi "Neftçi"yə keçəcək.

Xəbərdə Geryenin yaxın günlərdə Bakıya gələcəyi və "Neftçi"də tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcəyi yazılıb.

30 yaşlı oyunçunun "ağ-qaralar"la 2 illik müqaviləni razılaşdırdığı vurğulanıb.

Gerye hazırda lazımi sənədləri gözləyir və bundan sonra ölkəmizə səfər edəcək.

Hətta o da bildirilib ki, Haiti millisinin üzvünün "Neftçi"də aylıq maaşı 35 min dollardan çox olacaq.

Həmkarlarımız Geryenin əvvəlcə bu təklifi geri çevirdiyini, lakin daha sonra qəbul etdiyini bildirib.

Tərəflər arasında razılığa əsasən müqavilə imzalandıqdan sonra Gerye illik məvacibinin yarısını bəribaşdan alacaq.

Hər şey yolunda getsə, futbolçu Premyer Liqanın III turunda "Sumqayıt"la qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, Vild-Donald Gerye 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.