çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

Salah "Liverpul"dan getmək istəyir
 

28.08.2019 18:08 Oxundu 707

"Liverpool"un hücumçusuMəhəmməd Salah  klubun rəhbərliyindən onu transferə çıxarmasını tələb etməyə hazırlaşır. Mənbənin sözlərinə görə, misirli futbolçu  baş məşqçi Yurgen Kloppla bir komandada işləmək istəmir. Alman mütəxəssis isə klubla müqaviləsini uzatmaq barədə danışıqlar aparır və bu danışıqların uğurla nəticələnəciyi ehtimalı çox böyükdür. Buna görə Salah başqa komandaya keçmək niyyətindədir.
 Vəziyyətin belə olduğunu öyrənən "Real"(Madrid) rəhbərliyi isə fürsətdən istifadə etmək istəyir. Belə ki, rəhbərlik ötən il komandadan ayrılan Kriştianu Ronaldodan sonra heyətdə yaranmış boşluğu doldurmaq üşün ən yaxşı namizəd kimi Salahı görür.