cümə, 19 aprel 2024

BİZİM FUTBOL

“Qarabağ” altıncı dəfə qrup mərhələsində

29.08.2019 22:24 Oxundu 464
 
Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” növbəti dəfə azarkeşlərini sevindirib. . 
 
Ağdamlılar bir həftə əvvəl bütün proqnozların alt-üst edən nəticə ilə (2:3) uduzduğu  Şimali İrlandiyanın “Linfild”  komandasını 2:1 hesabı ilə məğlub edərək ardıcıl olaraq 6-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb . 
 
Qarşılaşmanın 6-cı dəqiqəsində  Xayme Romero erkən qol vuraraq komandası üçün qaneedici nəticəni təmin  edib. Bundan sonra “Qarabağ” müdafiəyə çəkilməsə də qonaqlar da oyunu kəskinləşdirməyə çalışmayıblar. Onlar oyunun taleyini son 10 dəqiqədə həll etmək taktikası seçiblər. Məhz bu dəqiqələrdə “Qarabağ” ikinci qolu vuraraq mövqeyini möhkəmləndirib. Buna baxmayaraq iralandiyalılar təzyiqi artıraraq oyuna əlavə olunmuş dəqiqələrdə bir cavab topu vura biliblər. Bu nəticə isə ağdam klubuna qrupa vəsiqə qazanmaq imkanı verib.
 
Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
29 avqust
 
“Qarabağ” - “Linfild” 2:1 
Qol: X.Romero, 6. A.Zubir, 88 - Ş.Leyveri, 90+3.
Baş hakim: Sergey İvanov (Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero,  11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Maqaye Qeye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaxer, 8. Bastyan Heri, 9. Coel Kuper, 14. Şeyn Leyveri, 16. Mettyu Klark, 20. Stefen Fallon, 22 Ceymi Malqryu (k), 31. Nayall Kuinn, 47. Kris Keysment.
Ehtiyat oyunçular: 40. Aleks Mur, 7. Endryu Uoteruort, 10. Cordan Stüart, 12. Kirk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern, 27. Endryu Mitçell.
Baş məşqçi: David Hili.