çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

ÇL-də qrupların tərkibi müəyyənləşdi

29.08.2019 22:41 Oxundu 706

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb. Qitənin ən güclü 32 komandası hər birində 4 komanda olmaqla 8 qrupda mübarizə aparacaq.
Qrup mərhələsinin təqvimi də artıq bəllidi. I dövrənin oyunları sentyabrın 17-18-də, oktyabrın 1-2-də və 22-23-də, II dövrənin görüşləri noyabrın 5-6-da, 26-27-də və dekabrın 10-11-də keçiriləcək. İlk iki yeri yeri tutacaq komandalar 1/8 finala, 3-cü yerlər Avropa Liqasına vəsiqə qazanacaq.

Qrupları təqdim edirik:
 
Çempionlar Liqası
Qrup mərhələsi

A qrupu
PSJ (Fransa)
“Real” (İspaniya)
“Brügge” (Belçika)
“Qalatasaray” (Türkiyə)
 
B qrupu
“Bavariya” (Almaniya)
“Tottenhem” (İngiltərə)
“Olimpiakos” (Yunanıstan)
“Srvena Zvezda” (Serbiya)
 
C qrupu
“Mançester Siti” (İngiltərə)
“Şaxtyor” (Ukrayna)
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Atalanta” (İtaliya)
 
D qrupu
“Yuventus” (İtaliya)
“Atletiko” (İspaniya)
“Bayer” (Almaniya)
“Lokomotiv” (Rusiya)
 
E qrupu
“Liverpul” (İngiltərə)
“Napoli” (İtaliya)
“Zalsburq” (Avstriya)
“Genk” (Belçika)
 
F qrupu
“Barselona” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya)
“İnter” (İtaliya)
“Slaviya” (Çexiya)
 
G qrupu
“Zenit” (Rusiya)
“Benfika” (Portuqaliya)
“Olimpik” (Lion, Fransa)
“Leypsiq” (Almaniya)
 
H qrupu
“Çelsi” (İngiltərə)
“Ayaks” (Hollandiya)
“Valensiya” (İspaniya)
“Lill” (Fransa)