cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Rəşad Sadıqov qrupdakı rəqibləri şərh etdi

30.08.2019 16:45 Oxundu 444

“Ümumi götürsək, maraqlı qrupa düşdük”.

Cempion.az xəbər verir ki, bunu Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirən “Qarabağ”ın rəqiblərini dəyərləndirən Rəşad Sadıqov bildirib.
O, rəqibləri ayrılıqda şərh edib:
“Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, "Sevilya" bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi. "Düdelanj"la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq və sonda bərabərlik qolunu vurmuşduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun".