çərşənbə, 24 aprel 2024

DİGƏR NÖVLƏR

Azərbaycanlı polis dördüncü dəfə dünya çempionu oldu

31.08.2019 12:53 Oxundu 548


Avqustun 23-dən 25-dək Rumıniyada Kunq-fu sanda üzrə dünya çempionatı keçirilib. 15 ölkədən 300-dən artıq idmançının qatıldığı yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.

Cempion.az xəbər verir ki, ölkəmizin yığma komandasının tərkibində təmsil olunan Suraxanı Rayon Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Şənlik Talıbov mübarizə aparıb.

Təmsilçimiz çəkisi 85 kiloqramadək olan idmançılar arasında üç döyüş keçirib. Bolqar idmançı ilə qarşılaşan Ş.Talıbov döyüşə üstünlüklə başlayıb və sonadək bu tempi davam etdirib.

Daha sonra rumın və macar rəqiblərini də məğlub edən idmançımız dünya çempionatlarındakı qızıl medallarının sayını 4-ə çatdırıb.