cümə, 19 aprel 2024

BİZİM FUTBOL

“Səbail” daha bir legionerini göndərdi

31.08.2019 13:50 Oxundu 443


“Səbail” daha bir legioneri ilə müqaviləsini pozub.

Cempion.az xəbər verir ki, Premyer Liqasının son bürünc medalçısı qapıçısı Daniel Bojinovski ilə müqaviləni qarşılıqlı razılıqla ləğv edib. Futbolçuya azad agent statusu verilib. “Səbail” Danielə gələcək karyerasında uğurlar arzulayıb.
 
Məlumatı klubun rəsmi "Facebook" səhifəsi yayıb.

30 yaşlı Bojinovski bu yay keçdiyi Bakı klubunun heyətində Avropa Liqası matçlarında çıxış edib. İlk turda ehtiyatda qalan Danielə Premyer Liqamızda debüt etmək nəsib olmadı.
 
Xatırladaq ki, “Səbail” Avropa Liqasında çıxışını başa vurduqdan sonra “Zirə”dən gələn fransalı yarımmüdafiəçiləri - Dilan Duventru və Bilal Həmdiylə müqavilələrini qarşılıqlı razılıqla pozmuşdu.