cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

“Qarabağ” İngiltərə Premyer Liqasından futbolçu aldı

02.09.2019 13:26 Oxundu 549


Avropada transfer pəncərəsinin bağlanmasının sonuncu günü “Qarabağ” yeni qapıçı alıb.

Cempion.az Qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”un qapıçısı Asmir Beqoviçi heyətinə cəlb edib.

Bosniya millisinin 32 yaşlı qapıçısı ilə 1 illik icarə müqaviləsi imzalanıb.

Gün ərzində “Qarabağ” klubu rəsmi olaraq transferi açıqlayacaq.

Qeyd edək ki, Beqoviç İngiltərədə müxtəlif vaxtlarda “Çelsi”, “Stok Siti”, “Portsmut”, “Yovil Taun”, “İpsviç Taun”, həmçinin Belçikada “La Luvyer” komandalarında da oynayıb.