cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Qəbələ"nin yeni çalışdırıcısı məlum oldu

02.09.2019 16:50 Oxundu 611


“Qəbələ”nin baş məşqçi vəzifəsini icra edəcək çalışdırıcı müəyyənləşib.

Cempion.az klubun saytına istinadən xəbər verir ki, komanda rəhbərliyinin qərarına əsasən, yeni baş məşqçi təyin olunana qədər bu funksiyanı əsas komandanın məşqçilər korpusunda yer alan Elmar Baxşıyev yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının III turunun “Keşlə” ilə oyunundan (0:4) sonra Sənan Qurbanov baş məşqçi vəzifəsindən istefa verib və onun müraciəti qəbul olunub.