çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Uels – Azərbaycan oyununun hakimləri məlum olub

03.09.2019 14:57 Oxundu 514

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Kardiffdə keçiriləcək Uels - Azərbaycan oyununu idarə edəcək hakimlər məlum olub.
Cempion.az xəbər verir ki, oyunu Maltadan olan hakimlər briqadasını idarə edəcək.
Matçın baş hakimi Farrucia Kann Trustin olacaq.
Ona Alan Kamilleri, Luke Portelli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Alan Mario Sant yerinə yetirəcək.
Qeyd edək ki, oyun sentyabrın altısı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.