cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Roberto Bordin "Apollon"u çalışdıra bilər

04.09.2019 10:19 Oxundu 533


“Neftçi”nin baş məşqçisi Roberto Bordin komandadan ayrıla bilər.


Cempion.az Qol.az-a istinadən xəbər verir ki,  “Apollon” italiyalı mütəxəssisə dəvət göndərməyə hazırlaşır. “Neftçi”dən ayrıldıqdan sonra Kipr klubunun prezidenti Nikos Kirzisin Bordinlə danışıq aparacağı bildirilib.

Xəbərdə Bordinin “Neftçi” ilə 2020-ci ilin iyun ayına qədər müqaviləsinin olduğunu qeyd olunmaqla yanaşı, onun paytaxt klubundan  vaxtından əvvəl ayrıla biləcəyi də qeyd olunub. 

"Apollon" baş məşqçisi Sofronis Avqustini Avropa Liqasının pley-off mərhələsində PSV-yə uduzduqdan sonra istefaya göndərib.