çərşənbə axşamı, 23 aprel 2024

BİZİM FUTBOL

Millimizin üzvü İngiltərə Liqa Kubokunda qələbəyə sevindi

04.09.2019 12:59 Oxundu 567


Futbol üzrə İngiltərə Liqa Kubokunda qrup mərhələsinə start verilib.

Azərbaycanın U-21 yığmasının üzvü Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” də ilk matçına çıxıb.

Sözügedən kollektiv qrup mərhələsinin ilk turunda səfərdə “Northempton”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Taşdemir də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.

“Piterboro Yunayted”in yer aldığı H qrupunda London “Arsenal”ının U-21 komandası ilə “Kembric Yunayted” də qərarlaşıb. (Sportlife.az)