cümə, 26 aprel 2024

GÜLƏŞ

Azərbaycan güləşçisi çempion oldu

09.09.2019 16:17 Oxundu 576

Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.

Azərbaycan Güləş Federasiyasından Cempion.az-a verilən məlumata görə, ilk yarış günündə qrup mərhələsinin görüşləri keçirilib. Oyan Nəzəriani (+90 kq) Serbiya təmsilçilərinə - Sabolk Horvat və Dorde Pesuta 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. 

İkinci yarış günündə həlledici qarşılaşmalar keçirilib. Təmsilçimiz yarımfinalda gürcü Mamuka Kordzaya (1:0), finalda isə yunan Yannis Karqiotakis (3:0) üzərində qələbə qazanaraq çempion olub.