cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Qaret Beyl millimizin üzvündən formasını istəyib

09.09.2019 16:36 Oxundu 532


Biz Uelsdən iki qəribə top buraxdıq. Birini öz qapımıza vurduq. Bu, olduqca üzücü idi.

Cempion.az oxu.az-a istinadla xəbər verir ki, bunu millimizin futbolçusu Dmitri Nəzərov deyib.

O, Uels millisinin və Madrid "Real"ının futbolçusu Qaret Beylin onunla forma dəyişdirdiyini bildirib:

"Beyl mənə yaxınlaşdı, çıxışımızı qiymətləndirdi və soruşdu ki, formalarımızı dəyişəkmi?"

Daha sonra o, Xorvatiya ilə oyundan danışıb. Almaniyanın "Ertsqebirqe" klubunun üzvü olan Dmitri Nəzərov görüşün çətin keçəcəyini bildirib:

"Dövlət himni səslənəndə dərimdəki tüklərim biz-biz olur. Çətin oyun olacaq. Almaniya 2-ci Bundesliqasının oyunçusu kimi nə vaxt Luka Modriç və İvan Perişiç kimi oyunçularla qarşılaşmaq imkanım olur ki?"

Qeyd edək ki, Azərbaycan – Xorvatiya oyunu bu gün saat 20:00-da başlayacaq.