cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

“Qarabağ”dan ayrıldı, Çexiya klubu ilə müqavilə bağladı

12.09.2019 10:58 Oxundu 876

Bir müddət öncə “Qarabağ”dan ayrılan Con Delarjın yeni klubu müəyyənləşib. Konqolu futbolçu karyerasını Çexiyada davam etdirəcək.
 
29 yaşlı vinger bu ölkənin yüksək liqa təmsilçisi “Dinamo” (Çeske Budeyovitse) klubuna keçib. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
Delarj bu ilin sonuna kimi sözügedən komandanın formasını geyinəcək. Ancaq 4 aydan sonra tərəflərin yeni müqavilə bağlaması da mümkündü.
 
Qeyd edək ki, Delarj ötən ilin yayında "Qarabağ"la 2+1 illik müqavilə imzalamışdı. Amma intizamsılığına görə əsas heyətdən kənarlaşdırılan futbolçu əvəzedici komandaya göndərilmişdi. (Matc.a)