cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Aparıcının Arda Turanla bağlı sözləri rekord qırır - VİDEO

12.09.2019 15:29 Oxundu 490

Xəbər verdiyimiz kimi, Türkiyədə müğənni Berkayı döyən və silahla hədələyən dünyaca məşhur futbolçu Arda Turana məhkəmə 2 il 8 ay həbs cəzası verib. Futbolçu mətbuatda bu haqda çıxan xəbərlərin manşetinin əslində onun cəza alması yox, cinsi zorakılıq maddəsindən bəraət alması olmalı olduğunu bildirib.

Cempion.az xəbər verir ki, Türkiyənin "Show TV" telekanalının aparıcısı Ece Üner isə futbolçunun bu sözlərini kəskin tənqid edib və bildirib: "Madəm ki, Arda Turan bizim əvəzimizdən manşet təyin edir, biz də onun əvəzindən "qol atarıq". Bundan sonra nə zamansa biz də Arda Turanın etdiyi hərəkətləri edib heç bir cəza almayacağımızı ümid edirəm. Təbii ki, məhkəmə Arda Turan üçün başqa, bizim üçün başqa qərar çıxarmasa!".
Xatırladaq ki, məhkəmə heyəti A. Turana ümumi təhlükəsizliyi pozduğuna görə 10 ay, qanunsuz silah daşımağa görə 10 ay həbs və 1750 lirə (515 azn) pul cəzası, qəsdən adam yaralamağa görə isə 1 il 15 gün olmaqla ümumilikdə 2 il 8 ay 15 gün həbs cəzası vermişdi. Futbolçu cinsi zorakılıq maddəsindən isə bəraət almışdı. Ancaq məhkəmə heyəti cəzanın təxirə salınmasına qərar verərək növbəti belə hal təkrarlandığı təqdirdə A. Turana verilən cəzanın tətbiq olunacağını bəyan etmişdi.
Qeyd edək ki, B. Şahin və A. Turan ötən ilin oktyabrında gecə klublarından birində dalaşmışdılar. B. Şahin futbolçunun həyat yoldaşına sataşdığını iddia etmişdi. Daha sonra məsələ xəstəxanada da davam etmişdi. Belə ki, A. Turanın qanunsuz silahla xəstəxanaya gedərək müğənnini təhdid etməsi təhlükəsizlik kameraları tərəfindən lentə alınmışdı.