cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

UEFA-nın hazırladığı siyahıda "Qarabağ" 1-ci, "Qalatasaray" 5-ci oldu - FOTO

12.09.2019 17:15 Oxundu 521

UEFA (Union of European Football Associations - Avropa Futbol Assosiasiyalarının İttifaqı) bu mövsüm avrokubokların qrup mərhələsində iştirak edəcək klublardan azarkeşləri ən aktiv olanı müəyyən edib.

Cempion.az xəbər verir ki, UEFA, bunu həmin klubların sosial şəbəkələrdəki azarkeşlərinin fəaliyyətlərinə əsasən təyin edib və bu zaman “Facebook”, “Instagram”, “YouTube” və “Twitter”dakı göstəricilər nəzərə alınıb.
Həmin göstəricilərə əsasən azarkeşləri ən aktiv olan klub təmsilçimiz "Qarabağ"dır. Sosial şəbəkələrdə Ağdam komandasını izləyənlərin orta fəallıq göstəricisi 29,9-dur. Onu 23,7  ilə Serbiyanın “Srvena Zvezda” və 21.5-lə Hollandiyanın "Ajax" klubları izləyir. Türkiyənin "Galatasaray" klubu isə bu siyahıda özünə 5-ci pilədə yer tapıb.
Qeyd edək ki, sosial şəbəkələrdə ən çox izləyicisi olan klub 222 milyonluq kütlə ilə İspaniya təmsilçisi “Real Madrid”dir.