cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Ronaldo müsahibə zamanı ağlamağa başladı - VİDEO

16.09.2019 15:26 Oxundu 621

Məşhur futbolçu Kriştiano Ronaldo jurnalist Piers Morqanla müsahibədə göz yaşlarını tuta bilməyib.
Cempion.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalist Ronaldoya əvvəllər heç vaxt izləmədiyi atasının videosunu göstərib. Həmin anları izləyən futbolçu ağlamağa başlayıb.
Videonu əvvəllər görmədiyini bildirən Ronaldo müsahibə haqqında bunları deyib: "Müsahibənin gülməli olacağını düşünürdüm, ağlamağı heç gözləmirdim. Bu videonu əvvəllər heç vaxt görməmişəm. Atamı heç vaxt tam şəkildə tanıya bilmədim. Həmişə sərxoş idi, onunla dialoq qurmaq olduqca çətin olurdu. Mənim mükafatlar aldığımı, futbolda gəldiyim yeri görə bilmədi".
Qeyd edək ki, Ronaldonun atası 52 yaşında, oğlu hələ 20 yaşında ikən vəfat edib.