cümə, 19 aprel 2024

BİZİM FUTBOL

UEFA “Qarabağ”ın hesabına 4 milyon avroya yaxın vəsait köçürüb

16.09.2019 16:23 Oxundu 373


“Qarabağ”ın 2019-2020-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış vəsait Ağdam təmsilçisinin hesabına köçürülüb.

2 milyon 750 min avronun köçürülməsi AFFA-nın vasitəsilə gerçəkləşib.

Bu vəsait qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.

Bundan əlavə, “Qarabağ” FK-nın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1 milyon 142 min 880 avro vəsait də AFFA-nın vasitəçiliyi ilə Ağdam klubunun hesabına köçürülüb. (APA)