cümə, 26 aprel 2024

GÜLƏŞ

Mariya Stadnik olimpiadaya vəsiqə qazandı

17.09.2019 14:12 Oxundu 500

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan 2020 Tokio Olimpiadasına ilk vəsiqəni əldə edib.

Cempion.az xəbər verir ki, təmsilçimiz Mariya Stadnik nigeriyalı (10:0), hindistanlı (9:2) və rusiyalı idmançıları (11:0) məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Onun yarımfinaldakı rəqibi çinli Yanan Sun olacaq. Bu görüş 16:00-dan sonra başlayacaq.

Qeyd edək ki, olimpiya mükafatçısı, dünya və Avropa çempionu Stadnik medal qazanmasa belə, artıq yarımfinala çıxmaqla olimpiadaya bu çəkidən vəsiqə qazanan altı idmançı arasına düşüb.

Onu da bildirək ki, olimpiya çəkisində yunan-Roma güləşçilərimizdən heç biri yarımfinala çıxmadığından, Mariya ilk vəsiqəni təmin edən idmançımız olub.