çərşənbə axşamı, 16 aprel 2024

GÜLƏŞ

Mariya Stadnik finalda

17.09.2019 16:05 Oxundu 483

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
Cempion.az xəbər verir ki, dördüncü yarış günündə qadın güləşi üzrə 50, 53, 55 və 72 kq-da mübarizəyə start verilib.
Mariya Stadnik təsnifat mərhələsində Nigeriya güləşçisinə ilk hissədə qalib gəlib. Yığmamızın lideri növbəti görüşdə Hindistan təmsilçisindən güclü olub. 1/4 finalda Rusiya idmançısına göz açmağa imkan verməyən Stadnik ilk hissədə qələbəni təmin edərək adını yarımfinala yazdırmaqla yanaşı, Olimpiadaya lisenziya qazanan ilk güləşçimiz olub. Yarımfinalda çinli rəqibiylə gərgin keçən mübarizədən də qalib ayrılan Mariya 5-ci dəfə dünya çempionatının finalına yüksəlib.
Türkan Nəsirova debütdə almaniyalı rəqibinə məğlub olub.
50 kq
Təsnifat - Mariya Stadnik - Miessiney Mersi Genesis (NGR) 10:0
1/8 final - Mariya Stadnik - Sima Sima (İND) 9:2
1/4 final - Mariya Stadnik - Yekaterina Poleşçuk (RUS) 11:0
1/2 final - Mariya Stadnik - Yanan Sun (CHN) 6:4
FİNAL - Mariya Stadnik - Emiliya Alina Vuk (ROU)
Qeyd edək ki, final qarşılaşmaları sentyabrın 18-də Bakı vaxtı ilə saat 16:00-də başlayacaq və İTV vasitəsilə canlı yayımlanacaq