şənbə, 19 oktyabr 2019

DÜNYA FUTBOLU

"Sevilya" klubunun prezidenti: "Məni "Real" yox "Qarabağ" maraqlandırır"

18.09.2019 13:00 Oxundu 224

“Biz Avropa Liqasının yeni mövsümünə başlayırıq. Bu turnirin “pentakampeon”u yenə də mümkün qədər irəliləmək istəyir”.


Cempion.az APA-ya istinadla xəbər verir ki, bunu İspaniyanın “Sevilya” klubunun prezidenti Xose Kastro deyib.

Avropa Liqasının qrup mərhələsinin ilk oyununu Bakıda “Qarabağ”a qarşı keçirəcək Sevilyanın eyniadlı təmsilçisi 5 dəfə qalibi olduğu turnirdə yenə uğur qazanmağa iddialıdır. Sabahkı matç öncəsi müsahibə verən klub rəhbəri iddialarını gizlətməyib:

“Düzdür, bütün rəqiblərə hörmətlə yanaşıram. “Mançester Yunayted”, “Portu”, “Arsenal”, “Roma” kimi komandalar da bu yarışdadır. La Liqaya möhtəşəm başlamışıq. Çox əla hisslər keçiririk. Ümid edirəm ki, bu uğurlu zolağı Avropa Liqasında da davam etdirəcəyik. Turnirin başa çatacağı gələn ilin mayına qədər avrokubok mübarizəsini davam etdirmək niyyətindəyik. Nikbin olub, bunu azarkeşlərimizə də ötürməliyik”.

X.Kastro La Liqanın qarşıdakı turunun “Real”la oyunu barədə düşünmədiyini, “Qarabağ” barədə fikirləşdiyini bildirib: “Real”? Məni “Qarabağ”, “Qarabağ” və yenə “Qarabağ”dan başqa heç nə, hətta “Real” da maraqlandırmır. Onlarla oyun uzaqdadır. Baxmayaraq ki, bir neçə gün qalıb. “Qarabağ” öz liqasında liderdir.

Bu komanda iki il əvvəl “Atletiko”nun Çempionlar Liqasında mübarizəni dayandırmasının günahkarıdır. Bunlar müsbət nəticələrdir. Məntiqlə baş məşqçimiz heyətdə rotasiya edə bilər. 3-4 gündən bir oynadığımız üçün Xulen Lopeteqi futbolçuları növbəylə şans verməyi planlaşdırır. Bu, yalnız onun qərarı, onun səlahiyyətlərindədir”.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Sevilya” matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.