şənbə, 05 iyul 2025

DÜNYA FUTBOLU

Bu uşaq "Qarabağ" - "Sevilya" matçından əvvəl etdiyi hərəkəti ilə gündəm oldu - VİDEO

20.09.2019 13:07 Oxundu 471

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycam təmsilçisi "Qarabağ" İspaniya "Sevilya"sını qəbul edib.


Cempion.az BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Matç başlamazdan əvvəl "Seviilya" futbolçuları ilə birgə meydana çıxan azyaşlılardan birinin hərəkəti isə sosial şəbəkədə müzakirəyə obyektinə çevrilib. Avropa Liqasının himni oxunarkən ispan futbolçuların qarşısında dayanan azyaşlılardan biri 3 barmağı işarə edib. 

Sosial şəbəkə istifadəçiləri azyaşlının bu hərəkətini qarşılaşmanın hansı hesabla nəticələnəcəyi barədə öz ehtimalı kimi qiymətləndirib.  Belə ki, azyaşlı 3 barmağı ilə işarə etdiyi kimi qarşılaşma da, 0:3 hesabı ilə qonaqların qalibiyyəti ilə yekunlaşıb.